Türkiyənin məşhur "Yeraltı" serialında sevgili obrazlarını canlandıran Devrim Özkan və Deniz Can Aktaşın münasibətlərini real həyatda da davam etdirdikləri iddia olunur.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorlar Los-Ancelesdə istirahət edərkən birlikdə görüntüləniblər. Cütlük əl-ələ kameralara tuş gəlsə də, münasibətləri ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Yayılan görüntülərdən sonra diqqətlər Devrim Özkanın keçmiş sevgilisi, "Qalatasaray"ın futbolçusu Lukas Torreiraya yönəlib. Maqazin şərhçisi Ece Erken bu mövzuda maraqlı iddialar səsləndirib.
Onun sözlərinə görə, Torreira görüntülərdən sonra böyük təəccüb yaşayıb və yayılan xəbərlərin həqiqiliyinə inanmaq istəməyib. İddialara əsasən, futbolçu münasibətlərin nə vaxt başladığı ilə maraqlanıb və məsələ ilə bağlı yaxın çevrəsi ilə əlaqə saxlayıb.
Mövzu Türkiyə mediasında geniş müzakirələrə səbəb olub və sosial şəbəkələrdə gündəm mövzularından birinə çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

















