Əməkdar artist Rafael İskəndərovun növbəti açıqlaması sosial mediada maraqla qarşılanıb.
Milli.Az olay-a istinadən bildirir ki, aktyor "Şən gənc" proqramında aparıcı Aysel Novruzovanın "Heç olub, deyiblər ki, qızı vermirlər, gəlin elçiliyimdə iştirak edin" sualını cavablandırıb.
"İkimizə də (red. - Əməkdar artist Coşqun Rəhimovu nəzərdə tutur) deyiblər. Getməmişəm. O məsuliyyəti boynumuza götürməmişik. Siz o gün dediniz ki, Rafael müəllimin ailəsində xeyir işdir, mən çıxdım getdim. Həmin gün biz bacımın oğlunun nişanına getmişdik. Allah xoşbəxt eləsin hamını. Tanıdığım, bildiyim üçün gedərəm", - deyə, o, söyləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun