Ələsgər Məmmədoğlunun həyat yoldaşı: "Oğlumuzun toyunda gözüm qapıda qaldı" - VİDEO

Ələsgər Məmmədoğlunun həyat yoldaşı: "Oğlumuzun toyunda gözüm qapıda qaldı" - VİDEO

ARB telekanalında yayımlanan "O üz" verilişininin bu dəfəki buraxılışı mərhum Əməkdar artist Ələsgər Məmmədoğluna həsr edilib.

BAKU.WS xəbər verir ki, verilişə qonaq olan aktyorun həyat yoldaşı Nazilə Məmmədova onun ən böyük arzusundan danışıb.

O bildirib ki, oğlu Ceyhunun toyunu görmək istəyirdi. Amma bu Ələsgər Məmmədoğluna qismət olmadı:

"Toy Ələsgərsiz keçdi. 20 nəfər sənət dostu gəlmişdi. Uşaqlarım gec evləndi. Ona görə onların toyunu görə bilmədi. Oğlumuzun toyunda gözüm qapıda qaldı. Baxırdım ki, bəlkə qapıdan girər...".

Xatırladaq ki, Əməkdar artist Ələsgər Məmmədoğlu 2015-ci il dekabrın 21-də dünyasını dəyişib. Aktyor daha çox "Bəyin oğurlanması" filmində "Nə var e, Ələsgər, Ələsgər?" replikası ilə məşhurlaşıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun