Xalq artisti Fatma Mahmudova aktyor Elməddin Cəfərov haqqında maraqlı açıqlama verib.
OLAY yazır ki, sənətçi “O Üz” verilişində qonaq olarkən E. Cəfərova minnətdarlağını bildirib:
“Ömrüm boyu mən Elməddin Cəfərova minnətdaram. Mən ondan çox razıyam. Qucağını açıb nə qədər gəncləri tanıdıb. Onun serialında rol alan hər bir aktyor, aktrisa lazımi qədər tamaşaçı kütləsi toplayır. Mən də, mənim qızım da bu sıradanıq. Mətanət Əliverdiyavanı da aktrisa kimi o kəşf edib. O stildə hazırda elə güclü aktyor yoxdur. Elməddin bu gün Azərbaycanın “Şabanı”dır”.