Gülay Zeynalova: “Deyirlər hər dəfə əlindən niyə tutur?” - VİDEO

Gülay Zeynalova: “Deyirlər hər dəfə əlindən niyə tutur?” - VİDEO
Gülay Zeynalova: “Deyirlər hər dəfə əlindən niyə tutur?” - VİDEO

Müğənni Gülay Zeynalova sosial şəbəkələrdə ünvanına səsləndirilən suallara cavab verərək diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi son vaxtlar tez-tez yanında olan menecerinin onun əlindən tutması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib. Zeynalova bu mövzuda zarafatla danışaraq səbəbi izah edib.

"Deyirlər ki, hər dəfə niyə əlindən tuturlar? Məgər hər dəfə bu qədər hündürdaban ayaqqabı geyinmək asandır? Yox!", - deyə ifaçı bildirib.

Müğənninin səmimi açıqlaması izləyicilər arasında maraqla qarşılanıb. Onun bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub, istifadəçilər mövzu ilə bağlı müxtəlif rəylər bildiriblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az