Xəbər verdiyimiz kimi, ötən həftəsonu aparıcı İlqar Mikayıloğlu vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülərini sosial şəbəkə hesabında yayımlayb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, Elgiz Əkbər aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində Zülfiyyənin əməliyyat olunduğunu bildirib.
- Zülfiyyə Bayramova xəstəxanadan görüntüsünü paylaşdı - FOTO
"Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb və buna görə əməliyyat olunub", - deyə Elgiz vurğulayıb.
Z.Bayramova isə səhhəti ilə bağlı "Hər şey qaydasındadır. Polip var idi, əməliyyatla götürüldü" açıqlamasını verib.
Qeyd edək ki, Z.Bayramova uzun müddətdir xərçəngdən əziyyət çəkir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun