Xalq artisti Röya Ayxanın ona görə adını dəyişən pərəstişkarı vəfat edib.
OLAY yazır ki, bu barədə estrada ulduzu özü məlumat yayıb. O, mərhum Ülviyyə ilə videosunu paylaşaraq bu sözləri yazıb:
“Bu xəbəri heç eşitmək istəmirdim. Allah rəhmət etsin sənə, Ülviyyə. Nur içində yat”.
Qeyd edək ki, sənətçi ötən il Ülviyyə ilə konsertində görüşmüşdü. Mərhumun yaxını estrada ulduzuna onun adını dəyişərək “Röya” qoyduğunu demişdi.