Türkiyəli şoumen Mehmet Əli Ərbil növbəti dəfə özəl həyatı ilə gündəmə gəlib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, 66 yaşlı şoumenin özündən 44 yaş kiçik Nevide Çiçek adlı xanımla münasibətdə olduğu bildirilib. İkili məkanlardan birində səmimi şəkildə görüntülənib.
"2. sayfa"nın məlumatına görə, Nevide 1 ay əvvəl "Zahide Yetiş ile yeniden başlasak" proqramına çıxaraq keçmiş sevgilisini tapmaq üçün kömək istəyib.
Qeyd edək ki, Ərbil 3 uşaq atasıdır. Onun keçmiş sevgilisi Gülseren Ceylanın 26 yaşı var idi. Onlar nişanlansa da, bir neçə ay sonra ayrılıblar.
Nevidenin isə 22 yaşı var.
Milli.Az