Avroviziya təmsilçimiz son anda qəzadan xilas olduğu anı paylaşdı - (Video)

Avroviziya təmsilçimiz son anda qəzadan xilas olduğu anı paylaşdı - (Video)
Avroviziya təmsilçimiz son anda qəzadan xilas olduğu anı paylaşdı - (Video)

Azərbaycanın "Eurovision" təmsilçilərindən olan Nadir Rüstəmli sosial şəbəkədə paylaşdığı görüntülərlə diqqət çəkib.

Milli.Az xəbər verir ki, müğənni avtomobil qəzasından son anda xilas olduqları anları izləyiciləri ilə bölüşüb. Yayılan kadrlarda təhlükəli vəziyyətin yaşandığı və hadisənin ciddi nəticələrə səbəb ola biləcəyi görünür.

Nadir Rüstəmli paylaşımında hadisənin gözlənilmədən baş verdiyini vurğulayıb. Xoşbəxtlikdən qəza baş verməyib və tərəflər təhlükədən son anda yayına biliblər.

Görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. İzləyicilər müğənninin paylaşımına çoxsaylı şərhlər yazıblar.

Həmin anı təqdim edirik:

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az