“Bu günə qədər kommersiya filmlərinin içərisində ən çox baxışı olan “Kəklikotu” filmidir”.
OLAY yazır ki, bu sözləri “Rəngarəng səhər” verilişində aktyor Müşviq Şahverdiyev söyləyib.
“Kinoteatrda 200 minə yaxın baxışı var, ən çox gəlir gətirən də o filmdir. 200 min baxışda çox böyük rəqəmlər var”, - deyə, komediyaçı bildirib.
Qeyd edək ki, sözügedən filmdə Müşviq müğənni Nigar Camalla baş rolda çəkilmişdi.