Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib.
Milli.Az olay-a istinadən bildirir ki, bu barədə sənətçinin köməkçisi Cabir Əliyev məlumat verib.
O, bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib.
"Həkim məsləhəti ilə səsin qorunması üçün konsert bitən müddətə kimi Xalq artisti toy məclislərində yalnız yarımsaatlıq çıxışlarla iştirak edəcək"
Qeyd edək ki, Faiq Ağayev özəl məclislərdə və toylarda yarımsaatlıq çıxış üçün yeni, xüsusi şou hazırlayıb. Sənətçi 12 nəfərlik heyətlə - rəqs qrupları və musiqiçilərlə birlikdə səhnə alır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun