Aktyor Müşviq Şahverdiyev qalmaqal yaşadığı aparıcı Zaur Nəbioğlunun verilişinə çıxıb.
Milli.Az olay-a istinadən bildirir ki, sənətçi bu gün "Rəngarəng səhər" proqramında qonaq olub.
Efirə bilərək 35 dəqiqə gec çıxan Müşviqin gəlməyəcəyini düşünən Z. Nəbioğlu növbəti dəfə qalmaqallı açıqlama verib:
- Zaur verilişinə söz verib gəlməyən Müşviqi efirdə biabır etdi - VİDEO
"Redaktorumuz da deyir ki, Zaur bu mövzuya getmə. Amma mümkünsüzdür. Əgər ikinci dəfə çağırılıb, "gələcəyəm" deyib, gəlmirsənsə, bizə qarşı hörmətsizlik edirsən. Mən 35 dəqiqə gözlədim. İnsan 5-10 dəqiqə gecikə bilər. Biz o məsələdən sonra danışmışdıq. Kimliyindən asılı olmayaraq bura hörmətsizlik edən şəxsin tamaşaçıya hörmətsizlik etdiyini düşünürəm".
Bu zaman Şahverdiyev studiyaya daxil olub, aparıcılar onun bilərək belə etdiyini deyib.
Qeyd edək ki, ötən ilin oktyabrında Z. Nəbioğlu verilişə dəvət etdiyi Şahverdiyev söz verib, gəlmədiyi üçün onunla bağlı qalmaqallı fikirlər səsləndirmişdi:
"Müşviqə zəng vurub, efirimizə dəvət etdik. O isə razılıq verdi. İndi əlimdə tutduğum bu telefonla ona zəng vursam da, cavab vermir. Kim olursansa ol, hansı vəzifədə olursansa ol, sən illərdir ki, televiziyada çalışırsan. Sənin özünə qarşı bu hörmətsizlik edən qonağına məndən daha sərt reaksiya verərdin. Sən söz verib, üzərində durmayan insansan. Sən "mən gələcəyəm" deyib, sonra susub, qorxub bir kənarda itən insansan. Necə ki, sənətdə o cür itmisən".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun