Bir müddət əvvəl mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin oğurlanan kanalı bərpa edilib.
OLAY yazır ki, bu barədə kanalı bərpa edən “Mikpro” - rəqəmsal yayım şirkətinin əməkdaşları məlumat verib.
““Ripple” adlı kriptovalyuta ilə məşğul olan cinayətkarlar Hacı Şahinlə bərabər dünya üzərində də bir çox böyük yutub kanalını ələ keçirib. O kanalların bəziləri hələ də onların əllərində olsa da, Hacı Şahin Həsənlinin kanalı öz sahiblərinə qaytarılıb, bütün məzmunlar bərpa edilib”, - deyə, məlumatda bildirilib.
Qeyd edək ki, türkiyəli bloqer Ruhi Çenetin də milyonlarla abunəçisi olan kanalı onlar tərəfindən oğurlanmışdı. Kanal qaytarılsa da, içindəki videolar hələ ki, bərpa olunmayıb.