Əməkdar artist Könül Kərimova etdirdiyi estetik əməliyyatdan danışıb.
OLAY yazır ki, “Gül kimi” şouda ifaçı üçün hazırlanmış videoçarx təqdim olunub. Aparıcı Cavid Gül ona “6-7 klipdən istifadə olunub, hərəsində də fərqli-fərqlisiniz. Bu roldan-rola, cilddən-cildə girmək makiyajdırmı, əməliyyatdırmı, yoxsa içəridəki artistlik bacarığıdır” sualını ünvanlayıb.
“Deyirəm, heç kəs inanmır. Hər kəs bir cür qəbul edir. Bu gün, dünən cavanlaşma deyilən əməliyyatlardan heç nə etdirməmişəm. Sadəcə burun əməliyyatı keçirmişəm. Ehtiyac olsa, edəcəm. Mən ifa etdiyim mahnılara istər saç düzümümdə, istər geyim tərzimdə uyğunlaşmağı sevirəm”, - deyə, Kərimova söyləyib.