Xalq artisti Nazpəri Dostəliyeva növbəti açıqlamasıyla diqqət çəkib.
OLAY yazır ki, sənətçi ailəsindən danışıb və qardaşının efirə çıxmağa icazə verməməsindən bəhs edib. Bu barədə, o, “Elgizlə izlə” verilişində söz açıb.
“Mən uzun müddət professional səhnəyə çıxmadım. Atam aşıq olmağına baxmayaraq, sinəsindəki sazıyla bizi oxudurdu. Bizdə Dostəliyevlər ailəsi sayılırdı. Bacım Zeynəb (red. – Zeynəb Dostəliyeva) oxuyurdu, qardaşlarımın dördü də hərəsi bir musiqi alətinin sənətkarıdır. Böyük qardaşım Konservatoriyanın sonuncu kursunda idi. Demək istəyirəm ki, o ailədən çıxan, həyatı da, özü də musiqiylə alovlanan bir hazır müğənnini efirə çıxmağa icazə vermirdilər. Qardaşım icazə vermirdi, atam da problem yaşayırdı. Atamın bir əlacı oldu ki, evliliklə başımı bağlasın. Qrdaşım heç onda da əl çəkmədi, mane olurdu. Ailə qurduqdan sonra həyat yoldaşım icazə verdi, toylara getdim”, - deyə, Dostəliyeva, söyləyib.