Müğənni Ayaz Babayev türkiyəli məşhurlara bənzədilməyindən danışıb.
OLAY yazır ki, ifaçı “Sabahın xeyir, Azərbaycan” verilişində bu barədə söz açıb.
“Bir kütlə var, səni bənzədir. Onlar Türkiyə şou-biznesindən kənara çıxmayıblar. Məsələn, müğənni Mert Demir var. Son bir ildə populyarlaşıb. Bığ modasını məşhur edib. Sənin Mert Demirdən qabaq İzzət Bağırov kimi sənətkarın var ki, adam çıxanda bığla çıxıb səhnəyə. Mənə yazırlar Mert Demir, yazıram yox, Ağadadaş Ağayev. Konsertimdir, qolu kəsik köynəkdəyəm, maraqlı kostyum tikdirmişdim. Hamı altına yazır Mabel Matiz. Deyirəm, sən Malumanı, Castin Timberleyki tanımırsansa, ancaq Mabel Matizi tanıyırsansa... Saçımı uzatmışdım bir ara, hamı yazırdı Can Yamana oxşayırsan. Mən o stildə olanda, Can Yaman hələ o obrazda deyildi. Mübahisə etməyə dəymir, oxşadırlarsa, oxşatsınlar. Hamısından bomba özüməm”, - deyə, o, söyləyib.
Ayaz həmçinin, proqramdakı çıxışını sosial media hesabında paylaşaraq bunları yazıb:
“Elə ən bomba da özüməm. Camaatın müğənniləri, ulduzları mənə baxır götürür, bunlar da nə isə zorla boynuma qoyur. Kimdənsə nə isə götürəndə, hər zaman qeyd edirəm”.