Əməkdar artist: “ Elə bilir ki, dünyanı o yaradıb”

Əməkdar artist: “ Elə bilir ki, dünyanı o yaradıb”

"Kiməsə nəsə deyəndə ürəyim yandığı üçün deyirəm. Bürcüm oxatandır. Dilimə gəldisə deməliyəm, ürəyimdə saxlaya bilmərəm. Bəzən deyirəm, amma kobud çıxır. Əslində mən o deyiləm. Tənqidi qəbul etmirlər. Sən məndən məsləhət alırsan, mən də sənə məsləhət verirəm. Bunu sən məndən istəməsən, mən sənə niyə deyim ki?! Gecə oturanda özüm-özümə hesabat verirəm ki, bu gün kimin qəlbinə toxundum? Kimi incitdim?! O insanda olmalıdır. Əvvəl oturub güzgüdə özünə baxmalısan, sonra başqasına söz deməlisən. Bakı elə yerdir ki, hamı biri-birini tanıyır. Bilirlər ki, kim nə edir? Kim hara getdi, haradan gəldi bilirlər".

Milli.Az bildirir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib. O daha sonra əlavə edib.
 
"Adam sözün düzünü deyəndə pis olur. Başa düşməyən insan üçün sən özünü niyə yorursan? O onsuz da səni başa düşmür. Düz əyrini kəsincə, haqq yerini tutunca kim ölə, kim qala?! Gənclər çıxıb efirdə elə danışırlar ki, fikirləşirsən ki, yəqin o vaxt korifey sənətkarlarla birgə oxuyublar. Bizim nəsil sənətkarların bir-birinə hörməti var. Hamısı yerini biləndir. İndikilər elə bil ki, dünyanı bunlar yaradıblar. Allah rəhmət etsin Aftandil İsrafilova. Onunla dəfələrlə məclislərdə olmuşam. O hələ bir dəfə deməyib ki, mən bunları, onları etmişəm", -  deyə sənətkar deyib.
 
Gövhər Rzayeva şəxsi məsələlərini üzə çıxaran şəxslərdən də danışıb.
 
"Ev sözsüz olmaz. Hər bir ailənin öz problemi var. Elə bir ailə yoxdur ki, problemi olmasın. Onu çox ağardıb üzə çıxarmaq da düzgün deyil. Elə problemlər, şəxsi məsələlər var ki, onu üzə çıxarmaq olmaz. İnsanın başına həyatda iş gələr. Yaranı qaşıyarsan qanayar. Uzandıqca söz-söhbət çoxalır", - deyə qarmon ifaçısı deyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun