Həbsdən çıxan kimi müğənni bacısını öldürdü - Yeganə şahid danışdı - VİDEO

Həbsdən çıxan kimi müğənni bacısını öldürdü - Yeganə şahid danışdı - VİDEO

Anasını öldürdüyü üçün aldığı 15 illik həbs cəzasını bitirib geri dönən 39 yaşlı Hüseyn Abbasov gələr-gəlməz bu dəfə 34 yaşlı bacısı Səbinə Abbasovanı qətlə yetirib.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, hadisə Gəncədə durduğum bax bu yerdə baş verib. 

Hüseyn Bərdədə yaşayan doğma anasını 2008-ci ildə döyə-döyə öldürüb. Bir neçə gün qabaq bıçaqla qətlə yetirdiyi bacısı isə ata bir, ana ayrı olan ögey bacısıdır.

Qeyd edək ki, əslən Kəlbəcərdən olan Səbinə Abbasova Gəncədə yaşayıb, burada müğənni kimi fəaliyyət göstəririmiş. Hadisənin motivi kimi isə zərərçəkən ailə Hüseynin mülk və pul davası etməsi göstərilir. Hadisənin yeganə şahidinin nələr danışdığını bu dəfəki reportajda görüb, biləcəksiniz.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun