“Gaddar”la karyerasını sonlandırır?

“Gaddar”la karyerasını sonlandırır?

Türkiyənin məşhur layihələrinə musiqi bəstələyən sənətçi Toyqar Işıklı sosial media hesabında növbəti albomuyla bağlı paylaşım edib.

OLAY yazır ki, o, ən son üzərində çalışdığı “Gaddar” serialının musiqilərini izləyiciləriylə bölüşərək bunları yazıb:

“Yayımlayacağım 45-ci albom gəlir. Bəli, serial və film musiqilərində 45-ci albomdur. Bəlkə də, son albom olar”.

Qeyd edək ki, əsasən “Ay yapım”la çalışan bəstəkar “Aile”, “Yargı”, “Çukur”, “Medcezir”, “Kuzey Güney” kimi serialların musiqilərini hazırlayıb.