Türkiyədə uzun illərdir yayımlanan “Çok güzel hareketler” komediya proqramında səhnəciklərdən birində Azərbaycan dilində ifadələrdən istifadə olunub.
OLAY yazır ki, sözügedən səhnə layihənin ötən həftə təqdim olunan buraxılışında efirə gedib.
“Sabahınız xeyir, qardaş. Bartunçun profilini incələmişəm, iyrəncdir. Mən indi məhv olmuşam. Mənə nə olur? Niyə belə danışıram, ana. Lənət olsun. Mən otağımdayam”, - deyə, obraz söyləyib.
Qeyd edək ki, Azərbaycan dilində ifadələri aktrisa Ayşegül Yılmaz deyib. O, “Organize işler 2: Sazan sarmalı”, “Deliha” kimi filmlərdə də rol alıb.