Türkiyənin məşhur müğənnisi Göksel Bakıya gəlib.
OLAY-ın məlumatına görə, sənətçi hava limanında jurnalistlərin suallarını cavablandırıb.
İfaçı Bakıya çoxdan gəlmək istədiyini bildirib:
“O qədər gəlmək istədiyim bir yer idi ki… Buraların musiqisini çox sevirəm, çox dinləyirəm. Karyeramda Azərbaycan musiqsinin böyük təsiri var. Burda dinləyicilərim olduğunu da bilirəm. Bəzi mahnılarım da oxunub. Əzizə Mustafazadə və atası Vaqif Mustafazadə inanılmaz musiqiçidir. Onu dinləyib özümə dünyada belə musiqiçilər varmı deyərək heyrətləndim. Bəzi müəllimlərim də Azərbaycan əsilli idi. Məndə sizin böyük təsiriniz var”.
Qeyd edək ki, Göksel sabah Heydər Əliyev Sarayında konsert verəcək.
















