“Hər dərdə, təhqirə dözərəm, amma boyuma sataşanın...”

“Hər dərdə, təhqirə dözərəm, amma boyuma sataşanın...”

Günümüzdə aktual problem halına gələn əsas məsələlərdən biri də kompleksdir. Bəziləri artıq çəki aldıqlarına görə, digərləri də zahiri görünüşlərinə görə tez-tez kompleksə düşürlər. Kənardan edilən təzyiqlər də insanlara bu məsələdə təsir edir. Cəmiyyətdə hansısa bir qüsur səbəbindən kompleks yaşayan insanlara rast gəlirik. Bu problem bir sıra məqamlarda insana çətinlik yaradır.

Milli.Az bildirir ki, moderator.az-a açıqlama verən tanınmış aktyor Natiq Fərzəliyev də vaxtilə kompleks yaşadığını etiraf edib.
 
"Bu mövzu ilə, komplekslə bağlı mono tamaşa da oynamışdım. Həmin tamaşada da deyirdim ki, "hər dərdə, təhqirə dözərəm, amma boyuma sataşanın cavabını verərəm". Mən bunu mesaj kimi istəmişdim verim ictimaiyyətə ki, belə bir adamlara gülmək, məsxərəyə qoymaq düzgün deyil. Bizim dövrümüzdə onsuz da gəncliyin üzünə qapılar bağlı olurdu, çox çətinliklə hamı işə düzəlirdi, amma mənim ikiqat problemim var idi. Deyirdilər ki, boyuna görə sən aktyor ştatında işləyə bilməzsən. Mən də deyirdim ki, nizamnamədə elə bir qanun var ki, boy haqda danışsınlar? Varsa açın həmin bəndi mənə göstərin. Əlbəttə ki, onlar bunu mənə sübut edə bilmirdilər. Bu kimlərinsə şəxsi istəyi idi. 2 metr boyu olan aktyor var, baxırsan ki, ürəyi boşdur. Bu gün insanlar qəribədir. Uzuna da baxıb gülürlər, mənə də" deyə aktyor bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun