Müğənni Sevda Kazımova illər sonra ayrıldığı həyat yoldaşı ilə barışdığını açıqlayıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində danışıb.
- Roza Zərgərlinin paylaşımı müzakirə doğurdu - VİDEO
- Xanəndə bodibildinq üzrə qalib oldu - FOTO
- "Hər dərdə, təhqirə dözərəm, amma boyuma sataşanın..."
Sevda bildirib ki, 13 il küsülü olub sonra isə barışdığı həyat yoldaşı ilə yenidən bir yer araya gəlib:
"Həyatda elə bir insan (həyat yoldaşını nəzərdə tutur - red.) seçmişdim ki, xasiyyəti çox yaxşı idi. Sənətimdə də, geyimlərimdə də, qızıl seçimimdə də həyat yoldaşımın zəhməti olub. İllər əvvəl bizim aramızı vurdular. Mən də tez küsən, inciyən insanam.
Bir qadın və bir kişi əlbir olub həyat yoldaşımla aramı vurdular. 13 il küsülü qaldıq. O uşaqlarını sevən bir insandır. Aramızı çox yaxın insanlar vurmuşdu. Onlardan biri müğənni, digəri isə başqa sahədəndir. Sonradan məsələnin üstü açıldı, yalan olduğu üzə çıxdı. Onların mənə etdikləri öz başlarına gəldi. Amma mən onlara sevinmədim".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun