"Üçüncü toydur, amma ümumiyyətlə, az adam çağırmadım. Məclisimdə özümə, qəlbimə, sənətimə yaxın adamlar çağırıram. Alim Qasımov xanımı ilə gəlin və bəydən də əvvəl gəlmişdi. Alim məndən əvvəl atamla, qardaşımla dost olub".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubova "Evdəkilərə salam" verilişində deyib.
- Mələkxanım Eyubovanın yeni DƏBDƏBƏLİ VİLLASI - VİDEO
- Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - FOTOlar
Xanəndə qızı Nəzrinin bir neçə gün əvvəl baş tutan toyundan danışıb:
"Gəlməyən bir nəfər var idi. Ola bilsin ki, işi olmuşdu. Allah canını sağ etsin. Toya çağırdığın yaxının, dostun olur. Biz oğlan-qız toyu bir yerdə olduğu halda, 500 adam çağırdıq. Cəmi bir masada sənət adamları oldu. Çox az idi. Kimsə küsüb gedib, çağırsın məni toya. Deməyəcəm, mən harada oturacağam, əksinə ona dəstək olmalıyam. Gedib qapının yanında dayanaram. Məni qarşılayan olmadı, küsüb gedim? Heç vaxt mən getdiyim yerdə eqo göstərməmişəm ki, niyə məni gec çağırdınız. Mən gedib küçədə kimisə qarşılaya bilmərəm. Küsüb gedən, gəlməyən sağ olsun".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun