"Nisə uzanırdı, Ceyran ona kotlet qızardırdı"

"Nisə uzanırdı, Ceyran ona kotlet qızardırdı"

ARB TV-də yayımlanan "O üz" verilişi bu dəfə "Lalə" qızlar ansamblına həsr olunub.

Milli.Az olay-a istinadən bildirir ki, proqramda çıxış edən qrupun yaradıcısı, Xalq artisti Ceyran Haşımova mərhum sənətkar Nəzakət Məmmədova və Xalq artisti Nisə Qasımovaya halallıq vermədiyini, müğənnilərin ona qarşı nankorluq etdiyini bildirib.

Layihədə qonaq olan Əməkdar artist Ruhəngiz Allahverdiyeva isə Haşımovaya dəstək olduğunu söyləyib:

"Uman yerdən küsərlər. Bu sənə analıq edib. Nisə xanım uzanıb, Ceyran müəllimə onun üçün kotlet qızardıb. Ceyranın evində qulluqçusu da olub. Çox kübar xanımdır. Onun üçün çəkdiyi əziyyətin qarşılığı olaraq, nə qədər zamanı olmasa da, gedib 1 saatlıq ziyarət edər".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun