Xalq artisti Emin Ağalarov konsertlərindən əldə etdiyi qazancını hara xərcləməsindən bəhs edib.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi "Persona" verilişinə müsahibəsində danışıb.
Ağalarov "Konsertdən qazandığınız pulları adətən nəyə xərcləyirsiniz? Deyirsiniz ki, bu əsas gəlir deyil. Necə deyərlər "şirin gəlir"dir" sözlərinə belə münasibət bildirib:
"Düzdür, bunun üçün böyük iş də görülür, amma burada uğur payı da var. Tanrının hədiyyəsidir. Yəni, sən öz musiqindən həzz almaqdan əlavə pul da qazanırsan. Bu pulla mən asanlıqla vidalaşıram. Əsasən onları hansısa xeyriyyə layihələrinə xərcləyirəm. Belə layihələrimiz çoxdur. Heç zaman heyifim də gəlmir. Çünki oxumusan, ləzzət almısan, üstəlik pul da qazanmısan. Niyə onları xeyir işə sərt etməyəsən?".
"Pulu nağd şəkildə saxlayırsınız, yoxsa...?" sualına Ağalarov "Ciblərim adətən boş olur. İndi cibimdə Azərbaycanın məşhur bankının pul kartı var" cavabını verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun