“Faiq Ağayev mənim qeyrətimi çəkib”

“Faiq Ağayev mənim qeyrətimi çəkib”

"Faiq Ağayevin mənim həyatımda o qədər böyük rolu, dəstəyi var ki... Çox şeydə ona borcluyam".

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Həftənin qonağı" verilişində deyib.

Xuraman Şuşalı Xalq artisti Faiq Ağayevdən danışaraq, ona minnətdarlığını bildirib:

"Mənim ilk klipimi özümüz çəksək də, Faiq Ağayev çıxıb mənə pulun yarısını ödədi ki, bu, sənə qardaş payı olsun. Radioda mahnılarımın səslənməsində onun payı çoxdur. O, mənim həm də qeyrətimi çəkib. 18 yaşım var idi, elə belə məclislərə getmirdim. Quş qona bilməyən toyları oxumuşuq. O elə məclislərdə oxuyur ki... Ən gözəl səhnələri o alır. Orada da qeyrətimi çəkib. Qızı, bacısı, övladı kimi hər kəsdən qoruyub".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun