Dünyaca məşhur aktrisa An Hetvey yeni filminin qalasında görünüşü ilə çox danışılıb.
OLAY yazır ki, sənətçi “The Idea of You”nun premyerası üçün qırmızı, uzun, “Versace” markalı libas geyinib.
Bundan başqa An həmin gün mətbuat konfransı üçün iki “look” seçib. Bir görüntüdə başdan sona bəyazlar içində olan sənətçi digərində tül mavi rəngli libasda olub.