Əməkdar artist Yusif Mustafayev növbəti açıqlaması ilə gündəmə gəlib.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, "Qonaqcanlı" verilişində qonaq olan sənətçi efir vasitəsi ilə qohumlarına xəbərdarlıq göndərib.
"Beş qardaşım və mən hamımız ali təhsilliyik. Rəhmətli atam sürücü, anam isə evdar xanım olub. Onlar deyiblər ki, "Sizi oxutdurmağa imkanımız yoxdur ". Buna görə də biz hər zaman təhsilə önəm vermişik. Bir qardaşım dövlət qulluğunda çalışır.
Mən və digər dörd qardaşım Natiq, Rafael, Mübariz müğənniyik. Amma o on bacı-qardaşın ən böyüyü mənəm. Valideynlərim onları mənə əmanət edib və dünyadan köçüblər. Bu günə kimi isə mən əmanətə xainlik etməmişəm, etməyəcəyəm də... Amma hamısını demişəm və efir vasitəsi ilə də onlara çağırış edirəm. Bacılarıma da, qardaşlarıma da, onların övladlarına da deyirəm ki, hər zaman düz yolda olun. Əyri yolda olanın arxasıyca mən, Yusif əminiz və dayınız gəlməyəcək", - deyə Yusif bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun