Əfsanəvi müğənni Barış Mançonun ölümündən əvvəl Belçikada aldığı qırmızı rəngli avtomobili Türkiyəyə gətiriləcək.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, bununla bağlı sənətçinin oğlu Doğukan Manço bir çox qurumlara müraciət edib.
O artıq qardaşı Batıkan Manço və anası Lale Manço Ahıskalı ilə birlikdə qurumların tələb etdiyi sənədləri yığıb və lazımi yerlərə tədim edib.
Xatırladaq ki, Doğukan Manço 1981-ci ildə Belçikada doğulub. Uşaq yaşlarda pianino və gitara dərsləri alıb.
Atasının 1999-cu ildə vəfatından sonra təhsil almaq üçün ABŞ-ın Florida ştatına gedib və təhsilini orada davam etdirib.
Şəhər və ərazi planlaşdırılması üzrə bakalavr təhsili alıb.
2013-cü ildə Star TV-də yayımlanan "Survivor" yarışmasına qatılıb. Yarışın sonunda Hilmicemdən sonra ikinci oldu.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun