Nəfəs ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Məmmədli açıqlaması ilə gündəmə gəlib.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi "YouTube"da yayımlanan "Mirinin dibçəyi" verilişində aldığı ilk evindən söz açıb.
İllərlə kirayələrdə qaldığını söyləyən Nəfəs bildirib ki, ən böyük arzusu 5 otaqlı mənzilinin olmasıdır:
"Uzun müddət ailəmlə kirayələrdə qaldım. Ev almaq istəyirdim. Bu sənətə yenicə başlayanda o qədər də pul qazanmırdım. Pulumu üst-üstə yığan qız idim. Öz ayaqlarım üzərində durmaq istəyirdim. Zamanla yığdığım o pullarla özümə kiçik bir ev aldım. O ev isə mənim üçün çox uğurlu oldu. O ev demək olar ki, mənim üçün ən bahalı evdir. Çünki orada ailəmlə, uşaqlarımla birgə yaşayıram. Onlar gözümün önündədirlər. İnşallah, nə vaxtsa böyük evim də olar. Çox istəyirəm ki, 5 otaqlı evim olsun və orada hər bir ailə üzvümün ayrıca otağı olsun. Uşaqlarımın, anamın, bacı-qardaşlarımın".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun