Türkiyənin məşhur pop ulduzu Gökhan Özen ötən gün Bakıda canlı solo konsert proqramı ilə çıxış edib.
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, Konqres Mərkəzdə anşlaqla keçən konsertdən əvvəl sənətçi Dənizkənarı Milli Parkda gəzintiyə çıxıb.
Estakada da qəzən sənətçi repertuarında yer alan mahnılarından birini akapella şəklində ifa edərək, ətrafı və özünü lentə alıb.
Həmin görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Gökhan "Baxıb görürsən ki, illər keçib və Bakıdakı sevənlərimlə yenidən görüşmüşəm" sözlərini yazıb.
Sənətçinin bu səmimi davranışı isə azərbaycanlı izləyicilər tərəfindən bəyənmə və rəğbətlə qarşılanıb.
Gökhan Özenin çəkib, paylaşdığı görüntüləri sizə təqdim edirik:
Milli.Az