İyunun 4-də Heydər Əliyev Sarayında şair-bəstəkar Xanım İsmayılqızının “Ömrün Xanım Fəsli” adlı yaradıcılıq gecəsi keçiriləcək.
OLAY yazır ki, konsertdə Xalq artistləri Mələkxanım Eyubova, Faiq Ağayev, Nazpəri Dostəliyeva, Röya Ayxan, Əməkdar artistlər Mətanət İsgəndərli, Fərqanə Qasımova, Abbas Bağırov, müğənnilər Dilarə Kazımova, Elnur Hüseynov və başqaları ilk dəfə Xanım İsmayılqızının bəstələrini ifa edəcəklər.
Konsertin rejissoru Nail Naiboğludur.