Müğənni Afət Fərmanqızının apellyasiya şikayəti təmin edilməyib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu haqda xalq artisti Flora Kərimovanın vəkili Xavər Həsənova məlumat verib:
"Bakı Apellyasiya Məhkəməsində Afət Fərmanqızının apellyasiya şikayətinə baxıldı. Şikayət təmin edilmədi".
Qeyd edək ki, Flora Kərimova ilə Afət Fərmanqızı arasında məhkəmə çəkişməsi davam edir. Müğənni Afət Fərmanqızının vəkili mayın 13-də Nərimanov Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun