Bizimkilər ödül aldılar

Bizimkilər ödül aldılar

Nüfuzlu “Altın Kelebek” mükafatları Azərbaycanın parlayan ulduzlarına təqdim edilib.

OLAY yazır ki, bir çox türk ulduzun ödül aldığı gecədə Avroviziya təmsilçimiz Samirə Əfəndi, aparıcı-aktrisa Kəmalə Piriyeva və influenser Nəcibə Əhmədi (Nadjiba) mükafatlandırılıb. 

Onlar səhnəyə çıxaraq öz ödüllərini götürüb və bir-bir çıxış ediblər. Parlayan ulduzlarımıza ödüllərini stilist Anar Ağakişiyev təqdim edib. Hər üçü də çıxışı zamanı kövrəlib. Nəcibə deyib ki, 7 il əvvəl, ofisiant işlədiyi vaxtlara baxanda qürurlanır. 

Kəmalə isə mükafatını kino üçün çalışan bütün həmkarları və kinosevərlərin adına alıb. O bildirib ki, Azərbaycan kinosunun yenidən dirçəlməsini arzulayır. 

Samirə bildirib ki, “Pantene”dən olan gəlirini Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəmanların övladlarına və Türkiyədəki dəhşətli zəlzələdə valideynlərini itirmiş uşaqlara bağışlayır.