Xəbər verdiyimiz kiimi, müğənni Sertab Erener "Avroviziya" səhnəsində çıxaş edəcək.
Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, bu barədə müsabiqənin rəsmi saytında yazılıb. Yarışmanın yarımfinallarında əlavə şoularda Sertabla yananşı Benyamin İnqrosso, Elena Paparizu və Şarlotta Perelli yer alacaq.
Xatırladaq ki, Türkiyə sonuncu dəfə "Avroviziya"da 2012-ci ildə Azərbaycanda keçirilərkən iştirak edib.
Qeyd edək ki, müsabiqədə ölkəmizi Fahree (Fəxri İsmayıl) təmsil edəcək.
Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb. Təmsilçimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun