"Amazon MGM" studiyası "Qırmızı"ı filminin çəkilişlərinə gecikən aktyor Dueyn Consona görə əhəmiyyətli itkilərə məruz qalıb.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, şirkətin xərcləri 50 milyon dollar təşkil edib və bu səbəbdən filmin premyerası 2023-cü ilin sonundan 2024-cü ilin noyabrına təxirə salınıb. Layihənin büdcəsi Dueyn Consonun daimi gecikmələri səbəbindən 250 milyon dollara çatıb.
Consonun müntəzəm olaraq çəkilişlərə zamanında gəlmədiyi, vaxtaşırı 7-8 saat gecikdiyi deyilir.
Qeyd edək ki, daha əvvəl də aktyorun rol aldığı "Qırmızı bildiriş" döyüş filminin çəkiliş qrupu da oxşar hal barədə danışmışdılar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun