"Ağıllı ol, sakit otur yerində, yolunu azma"

"Ağıllı ol, sakit otur yerində, yolunu azma"

Əməkdar artist Bəsti Sevdiyeva növbəti açıqlamasıyla diqqət çəkib.

Milli.Az olay-a istinadən bildirir ki, sənətçi "Zaurla Günaydın" verilişində aparıcı Zaur Baxşəliyevin "Nəyi nə yaxşı etmişəm deyirsən" sualını cavablandırıb.

"Görürsən, danışığını bilməyib, elə bilib ki, burada oturanlar onu həzm edəcək, ya birinin yadından çıxacaq. Onu tutmuşam, saxlamışam əlimdə. Mən təklikdə çağırıb demərəm. Elə yerində deyirəm ağıllı ol, sakit otur yerində, yolunu azma, çaşma. Bunu dediyim olub. Qadın olub, kişi olmayıb. Demişəm, onda demişəm ki, nə etdim, yaxşı etdim sənə. Hələ az etdim sənə. Sadəcə sözlə olub. Görmüşəm ki, danışığını, oturuşunu-duruşunu bilmir. Burada mənəm, Bağdadda kor xəlifə məsələsi. Ən böyük silah adamın sözüdür. Söz mənim üçün zirvədə duran bir şeydir", - deyə, o, söyləyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun