Pop ulduzdan Qəzzada yaşayanlara 2,5 milyon dollarlıq YARDIM

Pop ulduzdan Qəzzada yaşayanlara 2,5 milyon dollarlıq YARDIM

"The Weeknd" ləqəbi ilə dünya pop musiqisinə adını qızıl həriflərlə yazdıran Abel Makkonen Tesfay Qəzza zolağında BMT-nin Ümumdünya Ərzaq Proqramının humanitar yardımına qoşulub.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, sənətçi bunun üçün yardımın fonduna 2,5 milyon dollar vəsait köçürüb.

Sözügedən vəsait 173 mindən çox fələstinlini iki həftə ərzində qidalandıra biləcək 820 ton ərzaq bağlamasının çatdırılmasına sərf olunacaq.
Hazırda Qəzzada 1 milyondan çox insan qida ilə bağlı problem yaşayır. Təşkilat onları müxtəlif növ konservlər, un məmulatları və çörək ilə təmin edir.

Qeyd edək ki, 2021-ci ilin yazında "The Weeknd" Efiopiyada aclıqla mübarizə aparmaq üçün BMT-nin ərzaq proqramına 1 milyon dollar ianə etmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun