"Göyçək" ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Xəbərin var?" maqazin verilişində bildirib ki, ev işlərini görən qadın evindən oğurluq edib.
"Anam mənimlə birlikdə yaşayır, yaşlı qadındır, iş görə bilməz. Mən də hər gün qaça-qaçda olduğum üçün elə bir insan lazım idi ki, həm anama, həm özümə, həm də oğluma qulluq etsin. Demək olar ki, o qadın bizim evimizdə 4 il çalışdı. İnanın mənə ki, bugünkü gün yadıma salanda şok oluram. İnsanlar necə rola girə bilirlər. Bir sözlə rol oynayırlar. 4 il o qadın rolda olub və bu müddət ərzində evimdən nələr gedib".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun