Məşhur türk aktrisa Gupse Özay musiqi studiyalarından birinə daxil olarkən fotoqrafların obyektivinə tuş gəlib.
Milli.Az xəbər verir ki, tanınmış aktrisa albom çıxarmağa hazırlaşdığını və mahnılarının sözlərini də özünün yazdığını bildirib.
"Albom gəlir. Mən də bunu heç gözləmirdim. Bir anda ilham gəldi və hamıya sürpriz etmək istədim. Hazırda bunun həyəcanını yaşayıram. Mahnılarımı bəyəndilər və məni "Sən bacararsan" deyərək həvəsləndirdilər. "Albom hazırlayacağam" deyəndə də mənə dəstək oldular. Mahnıların sözlərini özüm yazdım. Səhnəni və mahnı oxumağı çox sevdim. Demək, bu hiss illərdir içimdə var imiş, mən elə müğənni imişəm!" deyə o bildirib./olay.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















