Rəqqasə Rəna Ağamuradova (Renka) Şuşaya gedib.
OLAY yazır ki, sənətçi bu barədə instaqramda fotolar paylaşıb və bu sözləri qeyd edib:
“Döyüşdük, vuruşduq, döndük, qayıtdıq. Vətən bizi çox gözlədi, biz ona canımızı fəda etdik. Heç vaxt düşünməzdim ki, Qarabağımıza, Şuşamıza gəlişim bu qədər çətin olacaq. Torpağımızın hər bir qarışında Şəhidlərimizin ruhunu hiss etdim, yenilməz ordumuzun qəhrəmanlığını gördüm... Şəhidlərimizin ruhu qarşısında baş əyirəm! Qazilərimizə əlimizdən gələn köməkliyi əsirgəməyək! Şəhidlərimizin ailələrinə dayaq olaq. Var olsun Azərbaycan Ordusu!”.