Xalq artisti Aygün Kazımovanın növbəti paylaşımı marağa səbəb olub.
OLAY yazır ki, sənətçi dənizkənarında istirahət etdiyi anları izləyiciləri ilə bölüşüb.
Bu zaman bir çoban Kazımovaya yaxınlaşıb və onun müğənni olub-olmadığını soruşub.
A. Kazımova isə “Bəli, mən oxuyanam”, - deyə, cavab verib.
Ardınca Xalq artisti “Necə oxuyuram, xoşunuza gəlir” sualını ünvanlayıb.
Çoban isə başı ilə təsdiqləyərək “bəli” deyib.