Xəbər verdiyimiz kimi, bir neçə gündür aşıqlar Telli Borçalı ilə Zülfiyyə İbadova arasında efirdə qalmaqal yaşanır.
Milli.Az bildirir iki axşam.az-ın məlumatına görə, bunun fonunda aparıcı-prodüser Tarix Əliyevin (Tolik) sosial media paylaşımı diqqət çəkib.
O, paylaşımında "Deyirəm, ən şokedici odur ki, saz ifaçısı da özünü şou-biznesdə görür" deyə, yazaraq aşıqlara söz atıb.
Qeyd edək ki, Telli və Zülfiyyə bir-birilərinin ünvanına sərt ifadələr səsləndirsə də, bu gün barışıblar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun