Keçmiş sevgilisi türk modeli məhkəməyə verdi: 3 qəpiklik təzminat...

Keçmiş sevgilisi türk modeli məhkəməyə verdi: 3 qəpiklik təzminat...
Keçmiş sevgilisi türk modeli məhkəməyə verdi: 3 qəpiklik təzminat...

Türkiyənin keçmiş modeli Şenol İpek barəsində keçmiş nişanlısının irəli sürdüyü iddialar ölkə gündəmində geniş müzakirələrə səbəb olub.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Sevil S. 2025-ci ilin mart ayında münasibətə başladığı və daha sonra nişanlandığı Şenol İpeklə birlikdə yaşayıb. Cütlüyün evlilik planları qurduğu və Alaçatıda eyni evdə yaşadığı bildirilir.

Sevil S. iddia edib ki, münasibətləri davam etdiyi müddətdə Şenol İpek müxtəlif səbəblər gətirərək ondan ümumilikdə 3 milyon 500 min türk lirəsi alıb.

Qadının sözlərinə görə, təxminən bir il sonra aldığı telefon zəngindən sonra Şenol İpek haqqında başqa iddialardan xəbər tutub. Bildirilib ki, İsveçrədə yaşayan digər bir qadın da onun barəsində hüquq-mühafizə orqanlarına müraciət edib.

İddialarda həmçinin qeyd olunur ki, Şenol İpek Sevil S. ilə münasibətdə olduğu dövrdə Gülefer A. adlı başqa bir qadınla da əlaqə saxlayıb. Həmin qadının da ondan etibarından istifadə edilməklə 4 milyon 500 min türk lirəsi alındığını iddia etdiyi bildirilir.

Baş verənlərdən sonra münasibətə son qoyan Sevil S. Çeşmə Mülki Məhkəməsinə müraciət edərək Şenol İpekə qarşı simvolik məbləğdə - 3 qəpik məbləğində mənəvi təzminat iddiası qaldırıb.

Məhkəməyə təqdim olunan ərizədə nişanlılıq dövründə evlilik vədləri ilə onun etibarının qazanıldığı, sonradan isə bu etimaddan sui-istifadə edildiyi, nəticədə maddi və mənəvi zərər gördüyü iddia olunur.

Qeyd edək ki, bu məlumatlar iddia xarakteri daşıyır. Məhkəmə prosesi davam edir və iş üzrə yekun qərar hələ açıqlanmayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az