Keçmiş həyat yoldaşı Elzadan danışdı

Keçmiş həyat yoldaşı Elzadan danışdı

Əməkdar artist Elza Seyidcahanın keçmiş həyat yoldaşı Elşən bəy onunla bağlı açıqlama verib.

OLAY yazır ki, o, “Günaylı gün” verilişinə telefonla qoşularaq efirdə olan Elza və nəvələri haqqında danışıb:

“Nəvəmi təbrik edirəm. Böyük oğlan olsun, ata-analı, nənə-babalı böyüsün. Nənəsinə də Allah can sağlığı versin ki, övladlarına belə baxır. Ola bilər ki, hər iki tərəf də bu dostluğu qoruyur. Mən efirdə görünməyi xoşlamıram. Elza yaxşı gəlin olub. Nə oldusa, olub keçib. Allah köməyi olsun. Bizim aramızda borc söhbəti ola bilməz”.

E. Seyidcahan isə keçmiş həyat yoldaşı haqda bunları deyib: 

“Elşənin həyat yoldaşı doğma dayısı qızıdır. Bu yaxınlarda mənə zəng vurmuşdu. Ələkbərin bu vaxtlarda səhhətində nəsə olur. Özü dedi ki, Ələkbər gəlsin, ona qulluq edim, müalicə edim. Keçmiş həyat yoldaşımın dayısı da həmişə bizə gəlirdi. Deyirdilər, yer üzündə Elza kimi gəlin yoxdur. Mən gəlinlər gəlini, qızlar qızı, xanımlar xanımı, analar anası, nənələr nənəsi, bəstəkarlar bəstəkarı, müğənnilər müğənnisiyəm”.