"İş adamı güya bunların fanatıdır, bunlara hədiyyə göndərir" - VİDEO

"İş adamı güya bunların fanatıdır, bunlara hədiyyə göndərir" - VİDEO

"İndiyə kimi efirdə olan zaman mənə hədiyyə göndərən olmayıb.  Elə bir hadisə heç vaxt olmayıb. Mənə hədiyyə göndərmək istəyən efirdə niyə göndərir? Bu sarkazmdır (kinayə, eyham - red.). İnsanlar bu dediyimi ciddi qəbul etməsinlər". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Nura Suri qonaq olduğu "El canlı" verilişində deyib. 

Sənətçi bildirib ki, həmkarları özlərinə efirə hədiyyə göndərib adını isə "Bu hədiyyəni pərəstişkarım iş adamı göndərib" qoyur: 

"Bəzi müğənnilər özləri özlərinə efirə hədiyyə göndərtdirirlər. Sonra da deyirlər ki, adı çəkilmək istəməyən hansısa iş adamı güya bunların fanatıdır, bunlara hədiyyə göndərir. İndiki zamanda qardaş-bacıya, dost-dosta hədiyyə verməkdə çətinlik çəkir. Hansı iş adamıdır ki, müğənniyə hədiyyə göndərsin". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun