Meyxanaçı və müğənni Samirə Yusifqızı açıqlaması ilə diqqət çəkib.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, "Elgizlə izlə" verilişində qonaq olan sənətçi el şənliklərinə daha çox gənc ifaçıların dəvət edildiyini bildirib.
"Əvvəllər, yəni bizim vaxtımızda belə deyildi. O zamanlar toya müğənniləri cavan olduqlarına görə yox, sənətinə görə dəyər verib çağırırdılar.
İndi isə toylara cavanlığa görə çağırırlar. İndi ümumiyyətlə, sənəti sayan yoxdur. Qeyri-adi və ya xüsusi hallarda müğənnini məclisə sənətinə görə çağırırlar. Amma sənət və cavanlıq üst-üstə düşəndə daha gözəl olur", - deyə Samirə vurğulayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun