"Netflix"in "Skywalkers: A Love Story" layihəsi ilə tanınan rusiyalı cütlük Ancela Nikolay və İvan Kuznetsov ABŞ-da həyata keçirdikləri riskli hərəkətlə diqqət mərkəzinə düşüblər.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, cütlük Nyu-Yorkun simvollarından sayılan 443,2 metr hündürlüyündəki "Empire State Building" binasına qanunsuz şəkildə dırmaşıb. İvan Kuznetsov binanın zirvəsində Ancela Nikolaya evlilik təklifi edib.
Onlar aksiya zamanı üzərində "Dünya sülhü sevginin gücü hakimiyyət sevdasına qalib gələndə tanıyacaq" ("When the power of love beats the love of power, the world knows peace") sözləri yazılmış pankart da nümayiş etdiriblər.
Hadisədən sonra hüquq-mühafizə orqanları cütlüyü təhlükəli və qanunsuz hərəkətlərə görə onları saxlayıb. Faktla bağlı araşdırma aparıldığı bildirilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)





















