"Əməliyyat, dolğu və qaynaq etdirən xanımlar “yamaqlı gözəllər”dir" - (Video)

"Əməliyyat, dolğu və qaynaq etdirən xanımlar “yamaqlı gözəllər”dir" - (Video)
"Əməliyyat, dolğu və qaynaq etdirən xanımlar “yamaqlı gözəllər”dir" - (Video)

Müğənni Taleh Yahyayev səsləndirdiyi fikirlərlə sosial şəbəkələrdə geniş müzakirələr yaradıb.

Milli.Az xəbər verir ki, opera ifaçısı estetik əməliyyat etdirən, dolğu və qaynaq saçdan istifadə edən xanımlarla bağlı diqqətçəkən açıqlama verib. O, bu cür görünüşə üstünlük verən qadınları "yamaqlı gözəllər" adlandırıb.

Sənətçinin bu sözləri qısa müddətdə sosial mediada yayılıb və istifadəçilər arasında fərqli reaksiyalar doğurub. Bəziləri onun fikirlərini dəstəkləsə də, digərləri açıqlamanı sərt tənqid ediblər.

Taleh Yahyayevin qalmaqal yaradan açıqlaması sosial şəbəkələrdə müzakirə mövzularından birinə çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az